“Sabah”ın rəqibinin baş məşqçisi həmkarı ilə dalaşdı - VİDEO

10:15 Dünya futbolu 127
“Sabah”ın rəqibinin baş məşqçisi həmkarı ilə dalaşdı - VİDEO

Norveçi Çempionlar Liqasında təmsil edən “Budyo Qlimt” və “Vikinq”in ölkə çempionatının 25-ci turunda üz-üzə gəldiyi matçda qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, matçın 45+4-cü dəqiqəsində “Budy Qlimt”in baş məşqçisi Xyetil Knutsen və onun həmkarı Morten Yensen texniki zonada bir-biri ilə mübahisə edib.

Matçı idarə edən norveçli FIFA referisi Espen Eskos hər iki baş məşqçiyə birbaşa qırmızı vərəqə göstərib. Qarşılaşma “Budyo Qlimt”in 3:2 hesablı qələbəsi ilə bitib.

“Vikinq” Çempionlar Liqasında “Sabah”ın rəqibidir və tərəflər arasında oyun noyabrın 5-də Norveçdə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM