“Çelsi”nin keçmiş sahibi sevgilisi ilə ölkəmizdədir

02:10 Hadisə 94
“Çelsi”nin keçmiş sahibi sevgilisi ilə ölkəmizdədir

“Çelsi”nin keçmiş sahibi, rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır.

Sportinfo.az xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib.

Oxu.az-ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin “Baku International Art Festival” (BIAF) ilə əlaqəli olduğu ehtimal edilir.

Bildirilib ki, bu, Abramoviçin festival günlərində Bakıya ilk səfəri deyil. O, ötən il də “Baku International Art Festival” çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edib.

“Baku International Art Festival” (BIAF) 2026-cı il oktyabrın 28-dən noyabrın 8-dək keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı