Komandamızdan 1 gümüş,1 bürünc medal - Dünya çempionatında

04:10 Güləş 88
Komandamızdan 1 gümüş,1 bürünc medal - Dünya çempionatında

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, 8-ci yarış günündə sərbəst güləşdə 6 təmsilçimiz mübarizə aparıb.

1/16 finalda İslam Bazarqanov (57 kq) yarımfinalda Spenser Liyə (ABŞ) uduzub. Cəbrayıl Hacıyev (79 kq) isə 1/4 finalda türkiyəli Okan Taxtaçını məğlub edib, ancaq yarımfinalda iranlı Məhəmməd Noxodlarimiyə uduzub. Hər iki güləşçi sabah təsəlliverici görüşə çıxacaq.

Turan Bayramov (74 kq) təsnifat mərhələsində Gürcüstan təmsilçisi Giorgi Elbakidzeni 2:1 hesabı ilə məğlub etsə də, 1/8 finalda Qazaxıstan idmançısı Nurkoja Kapanova uduzub. Lakin Kapanovun finala yüksəlməsi Bayramova təsəlliverici görüşlərdə mübarizə aparmaq imkanı yaradıb.

Həmçinin, Giorgi Meşvildişvili (125 kq) üçüncü yer uğrunda görüşdə Macarıstan təmsilçisi Vladislav Baytsayevə qalib gələrək bürünc medal qazanıb.

Arseniy Djioyev (86 kq) isə ABŞ-dan olan Kayl Deyklə qızıl medal uğrunda final görüşündə məğlub olub və gümüş medalla kifayətlənib.

Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı