Portuqaliyalı hücumçu: "Kənar amillər o qədər də önəmli deyil" - MÜSAHİBƏ

31 Oktyabr 22:20 Premyerliqa 138
Portuqaliyalı hücumçu: "Kənar amillər o qədər də önəmli deyil" - MÜSAHİBƏ

Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsinin oyunları başa çatdı.

Növbəti mərhələyə vəsiqə qazanan kollektivlər arasında "İmişli" də yer aldı.

Amma bu, bölgə klubuna asan başa gəlmədi. Elita təmsilçisi İkinci Liqa klubu "Qaradağ Lökbatan" qarşısında əməlli-başlı əziyyət çəkməli oldu. Yalnız son 5 dəqiqədə vurduğu qollarla qələbə qazana bildi - 4:1.

Komandanın portuqaliyalı hücumçusu Dioqo Almeyda Sportinfo.az-a müsahibə verib.

– İlk növbədə, “Qaradağ Lökbatan”la qarşılaşma barədə fikirlərini bilmək istərdik. Rəqibin bu qədər dirəniş göstərəcəyini, sona qədər mübarizə aparacağını gözləyirdin?

– Onların bizdən daha çox motivasiyası var idi və bu, normaldır. Çünki Premyer Liqa komandası ilə qarşılaşırdılar. Bilirdik ki, ikinci hissədə rəqib yorulduqca oyun bizim üçün asanlaşacaq. Belə də oldu.

– Komandanız təxminən 70 dəqiqə hesabda geri oldu. “İmişli” zəif təsir bağışladı, yoxsa rəqib layiqli müqavimət göstərdi demək daha doğru olar?

– Rəqibin qol vurması təqdirəlayiqdir. Amma bilirdik ki, sakit oynasaq, oyun bizim üçün asanlaşacaq.

– Növbəti turda səfərdə “Kəpəz”lə qarşılaşacaqsınız. Rəqibin güclü azarkeş dəstəyi var. Qələbələrin davamını gətirmək və uğurlu seriyanı qorumaq baxımından şanslarınızı necə qiymətləndirirsən?

– Kənar amillər o qədər də önəmli deyil. Biz sadəcə üç xal qazanmağa və yaxşı oyun göstərməyə çalışacağıq.

– Arxada qalan 9 turda 3 qol vurmusan. Şəxsi performansını necə qiymətləndirirsən?

– Ümid edirəm ki, komandama kömək etməyə davam edəcəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı