Ölkəmizin təmsilçisi "Böyük Dəbilqə"də nə qazandı?

04:20 Cüdo 92
Ölkəmizin təmsilçisi "Böyük Dəbilqə"də nə qazandı?

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, o, finalda gürcüstanlı İrakli Demetraşviliyə uduzub.

Eyni çəkidə yarışan Camal Qamzatxanov isə 1/8 finalda Saba İnaneşviliyə (Gürcüstan) məğlub olub.

Mədinə Kaisinova (+78 kq) isə 1/8 finalda İrişkon Qurbanbayevanı (Özbəkistan) məğlub edib. O, 1/4 finalda Helena Vukoviçə (Xorvatiya) uduzub.

Buna baxmayaraq, təsəlliverici görüşə vəsiqə qazanan M.Kaisinova Roşel Nunesi (Portuqaliya) məğlub etsə də, bürünc medal uğrunda mübarizədə italiyalı Erika Smionettiyə uduzub.

Bununla da Azərbaycan cüdoçuları yarışı 5 medalla başa vurublar. Buna qədər Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı