“Hər kəs Bakıdakı çempionata aşiq oldu və hamı onun yenidən keçirilməsini istəyir”

“Hər kəs Bakıdakı çempionata aşiq oldu və hamı onun yenidən keçirilməsini istəyir”

FİFA-nın Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger Bakıda keçirilən U-15 dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssis qurumun mətbuat xidmətinə açıqlamasında deyib:

“Hər kəs bu turnirə aşiq oldu və hamı onun yenidən keçirilməsini istəyir. Meydandakı oyunçu sayının azaldılması fərqləri aradan qaldırmağa kömək edir.

Eyni zamanda hər bir matçın intensivliyi və futbolçuların əzmkarlığı çox yüksək səviyyədə idi.

Bu format diqqəti çox dəstəkləyir və futbolçularda bu, inkişaf edir. Turnirdə oyunçuların texniki səviyyələri artır, komandalar sürətli hücumlar edirdilər.

8×8 formatı 11×11 formatına nisbətən tələb edilən səbri azaldır. Çünki burada bir komanda topu qazananda dərhal təhlükə yarada bilir. Bu, azarkeşlərin marağını cəlb edir və onlar oyundan zövq alırlar”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı