İkinci Liqada mübarizə aparan “Şəki”nin yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi bu vəzifəyə Firuddin Mövsümovu təyin edib.
Mövsümov daha əvvəl də “Şəki”nin baş məşqçisi olub.
“Şəki” oktyabrın 20-də İkinci Liqanın səkkizinci turunda “Zəngəzur”a 0:5 hesabı ilə məğlub olub. Bundan sonra klub Elvin Hacızadə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
