Hava həyəcanı siqnalı verildi, Renatın klubunun oyunu yarımçıq saxlanıldı

03:10 Hadisə 82
Hava həyəcanı siqnalı verildi, Renatın klubunun oyunu yarımçıq saxlanıldı

Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Bukovina" səfərdə “Livyi Bereq”in qonağı olub.

Lakin qarşılaşma sona çatdırılmayıb. Belə ki, ilk hissədən sonra Kiyevdə hava həyəcanı siqnalı verildiyi üçün matç yarımçıq saxlanılıb.

Birinci hissədən sonra "Bukovina" 1:0 öndə idi.

Qarşılaşmanın ikinci hissəsi sabah yerli vaxtla 12:00-da oynanılacaq.

Millimizin hücumçusu Renat Dadaşov zədəli olduğu üçün bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı