“İqtidara həmişəki kimi qanla gəlmək istəyirlər”

27 Noyabr 2020 18:30 Araşdırma 531
“İqtidara həmişəki kimi qanla gəlmək istəyirlər”

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa etdiyi televiziya müraciətində müxalifətin ölkədə xaos yaratmaq və müharibəni Ermənistanın içərisində aparmaq istədiyini bildirib.

Sportinfo.az xəbər verir ki, Paşinyan çıxışında müxalifət qüvvələrini bilərəkdən hakimiyyət orqanlarına qarşı dezinformasiya yaymaqda təqsirləndirib.

“Hər zaman olduğu kimi qanla hakimiyyətə qayıtmalarını təmin etməyə çalışırlar. Sizə inamla deyirəm ki, buna imkan verməyəcəyik. Hakimiyyəti möhkəm saxladığımız üçün deyil, qürurlu erməni xalqı bunu istəmədiyi üçün.

Bəzi qüvvələr Ermənistanda güc çatışmazlığı görünüşü yaratmağa çalışırlar. İqtidara qayıtmalarını təmin etmək üçün ölkədə fəsad törətmək istəyirlər. Ancaq buna nail ola bilmirlər. Xalqı qanuni hökumətə qarşı çevirə bilməzlər”,- deyə Paşinyan sözlərinə əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim