“Ermənilər rüşvət hesabına döyüşlərdən canlarını qurtarır”

25 Oktyabr 22:40 Araşdırma 269
“Ermənilər rüşvət hesabına döyüşlərdən canlarını qurtarır”

Xəbər verdiyimiz kimi, Ermənistanda hərbi çağırışçıların koronavirus adıyla saxta arayış əldə edərək döyüşlərdən yayınması kütləvi hal alıb.

Ötən gün bu ölkənin Milli Təhlükəsizlik Xidməti hərbi çağırışçılara saxta COVİD-19 arayışı verən həkimi həbs edib.

Sportinfo.az xəbər verir ki, ermənilər bu müharibədə haqsız tərəf olduqlarını anlayaraq cəbhəyə gedib qurban olmaq istəmirlər. Yerli mənbələr Ermənistanda saxta COVİD-19 arayışının 1000-2000 dollar pul qarşılığında əldə olunduğunu yazırlar.

Elə bu səbəbdəndir ki, son günlər Ermənistanda yeni növ koronavirus infeksiyasına gündəlik yoluxma sayı 2500-ü ötüb. Politoloq Qabil Hüseynli “Qafqazinfo”ya bildirib ki, erməni cəmiyyətində təkcə müharibəyə nifrət yaranmayıb, onlar həm də Azərbaycan Ordusunun hücumları qarşısında səksəkə içərisindədirlər.

Politoloqun fikrincə, təkcə koronavirusdan saxta arayışlar alıb canını qurtarmaq məsələsində deyil, həmçinin hərbi səfərbərlik idarələrində də rüşvət böyük rol oynayır:

“Bu rüşvətin hesabına həm rezervistlər, həm də orduya yeni çağırılanlar canlarını qurtara bilirlər. Bundan başqa, erməni cəmiyyətində miqrasiyaya, mühacirətə getməyə meyl çox güclüdür.

Hərbi vəziyyət elan olunduğuna görə ölkədən çıxışa qadağa qoyulub. Amma bütün bunlara baxmayaraq, rüşvət verməklə, bu vəziyyətdən qurtarmaq mümkün olur. Erməni cəmiyyəti çox böyük səksəkə içərisində canlarını cəbhəyə getməkdən qurtarmağa çalışırlar”.

Q. Hüseynli həmçinin əlavə edib ki, son dövrlərdə hətta Dağlıq Qarabağda olan insanlar Azərbaycan tərəfə keçməklə üçüncü ölkəyə getmək yolları haqqında fikirləşirlər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 13:10 “İstefa verməyəcəm”