COP29

"Qarabağ" Azərbaycana növbəti əmsalları qazandırdı

24 Fevral 08:30 Araşdırma 520
"Qarabağ" Azərbaycana növbəti əmsalları qazandırdı

“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti əmsalları qazandırıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun mərhələ adlaması ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib.

Nəticədə Azərbaycanın cari mövsümdəki əmsalı 5,625-ə çatıb.

Son 5 mövsümdəki ümumi əmsallar 19,875-ə bərabərdir. Bununla da Azərbaycanın UEFA reytinqində cari mövsümü ən azı 27-ci pillədə başa vuracağı dəqiqləşib.

Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,614) ikinci, İtaliya (84.855) isə üçüncü pillədə qərarlaşıb.

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı üstələyib. Portuqaliyada rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"