Premyer Liqa klublarına iki məşqçi və iki futbolçu ilə bağlı xəbərdarlıq edildi

20:40 Araşdırma 186
Premyer Liqa klublarına iki məşqçi və iki futbolçu ilə bağlı xəbərdarlıq edildi

Premyer Liqanın 15-ci turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

Həftəsonu baş tutacaq oyunları 4 nəfər kənardan izləyəcək.

Onlardan ikisi futbolçusu, ikisi məşqçidir.

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç və onun köməkçisi Veliçko Kaplanoviç, “İmişli”nin müdafiəçisi Ronaldo Rodriges, eləcə də “Qəbələ”nin müdafiəçisi Murad Musayev cəzalı duruma düşüb.

Buna səbəb adları çəkilənlərin öncəki turlarda qırmızı vərəqə alması və sarı vərəqə limitini doldurmasıdır.

Əslində, Murad Musayev cəzasını “Turan Tovuz”la qarşılaşmada çəkməliydi. Həmin oyun qatı duman səbəbindən təxirə salındığından, cəza “Kəpəz”lə oyuna şamil olunub.

Dekabrın 13-də “Şamaxı” – “Zirə”, “Turan Tovuz” – “Sabah”, ertəsi “Kəpəz” – “Qəbələ”, “Qarabağ” – “Araz-Naxçıvan”, dekabrın 15-də “İmişli” – “Karvan-Yevlax”, “Neftçi” – “Sumqayıt” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti