Dünən başa çatan Avropa kuboklarında növbəti turun oyunlarından sonra UEFA-nın əmsallar reytinqində yenilənmə olub.
Sportinfo.az xəbər verir ki, Azərbaycanın mövqeyində dəyişiklik olmayıb.
“Qarabağ”ın Bakıda "Ayaks"a (Niderland) uduzması səbəbindən ölkəmiz xal toplaya bilməyib. Azərbaycan 22.250 əmsalla 26-cı pillədəki yerini qoruyub.
Ukrayna (23.256) 25-ci, Sloveniya (22.218) 27-cidir.
Reytinqə İngiltərə başçılıq edir (101,672 əmsal).

