“Qarabağ”ın rəqibinin faciəvi durumu - Bu, dəhşət saçır!

10 Dekabr 20:40 Araşdırma 253
“Qarabağ”ın rəqibinin faciəvi durumu - Bu, dəhşət saçır!

Çempionlar Liqasındakı qürur yerimiz “Qarabağ” bu gün növbəti oyuna çıxacaq.

“Köhlıən atlar”ın Liqa mərhələsinin VI turundakı rəqibi dünya şöhrətli “Ayaks”dır.

Niderland təmsilçisinin Avropa arenalarında qazandığı titullar göz qamaşdırır. “Qırmızı-ağlar” 4 dəfə Çempionlar Liqasının, hərəsində 2 dəfə olmaqla İntertoto kubokunun və Superkubokun, hərəsində 1 dəfə olmaqla UEFA kubokunun (indiki adı Avropa Liqası - H) və Kuboklar Kubokunun qalibi adını qazanıb.

Muzeyində 10 kubok “bəsləyən” “Ayaks”ın hazırkı vəziyyəti heç də ürəkaçan deyil.

Buna əmin olmaq üçün ötən mövsüm Avropa Liqasının 1/8 final mərhələsinə qədər irəliləyən “şəhərlilər”in nəticələrinə baxmaq kifayət edir.

* ”Ayaks” Liqa mərhələsində keçirdiyi 5 oyunun hamısını məğlub başa vurub.

* “Ayaks” 5 matçda rəqib qapılarına cəmi 1 dəfə yol tapmaqla öz qapısından 16 top buraxıb.

* ”Ayaks” avrokuboklarda son 3 səfər qarşılaşmasında darmadağın olub – 1:4, 0:4, 1:5.

* “Ayaks” avrokuboklarda son 6 səfər matçında cəmi 1 qələbə qazanıb.

* “Ayaks” avrokuboklarda sonuncu qələbəsini bu ilin fevralın 14-nə bayram edib.

* “Ayaks” avrokuboklarda ardıcıl 7 görüşdə məğlub olub.

Rəqəmlərdən də göründüyü kimi, vaxtilə adı ilə rəqiblərin canına qorxu salan Niderland nəhəngi hazırda tarixinin ən çətin günlərini yaşayır.

Xüsusən cari mövsümdəki nəticələri “Qarabağ”ın əl-qolunu açmalı, qələbə müjdəsi verməlidir.

Ümid edək ki, rəqibin uğursuz seriyası bu axşam Bakıda davam edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək duelin start fiti saat 21:45-də çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 18:10 Çək və bizə göndər!
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…