Gələn il yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq

07:20 Araşdırma 62
Gələn il yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq

Gələn il üçün yaşayış minimumu 300 manat olacaq.

Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.

Məlumat üçün bildirək ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

Bu o deməkdir ki, 2026-cı il üçün ölkə üzrə yaşayış minimumunun 15 manat, yəni təxminən 5,26 % artırılması nəzərdə tutulur.

Gələn il Azərbaycanda ehtiyac meyarı da 15 manat artırılacaq.

Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.

Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.

Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddinin 15 manat, yəni təxminən 5,26 % artırılması nəzərdə tutulur.

Qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Dekabr 16:30 Çək və bizə göndər!