Premyer Liqada “at oynadan” əcnəbi qapıçılar - Hansı daha etibarlıdr?

02:20 Araşdırma 44
Premyer Liqada “at oynadan” əcnəbi qapıçılar - Hansı daha etibarlıdr?

Premyer Liqada legioner qapıçılar at oynatmaqda davam edir.

Sportinfo.az xəbər verir ki, əcnəbi qolkiperlər arasında “quru oyun” sayında qiyabi mübarizə davam edir.

Bu baxımdan xüsusən “Turan Tovuz”dan Oleq Baklov, “Neftçi”dən Kenan Piriç və “Sabah”dan Stas Pokatilov seçilirlər.

Hər üç qapıçı Premyer Liqanın 13-cü turunda da qapısının toxunulmazlığını qorumağı bacarıb.

İlk iki qolkiperin üz-üzə gəldiyi matçda qolsuz bərabərliyin qeydə alınması da onların aktivinə yazılmalıdır. “Sabah”ın qazaxıstanlı üzvü isə “İmişli” ilə səfər matçında bunu bacarıb.

Baklovla Pokatilov cari mövsüm artıq 7-ci oyundur ki, qol buraxmırlar. Yəni onlar mövsümün geridə qalan dönəmində yarıdan çox görüşdə rəqiblərə fərqlənmək imkanı verməyib.

Piriç isə 6 qarşılaşmada “Neftçi”nin “quru hesablı” nəticə qazanmasında əsas pay sahibi olub.

Digər diqqətçəkən məqam Tiaqo Silva ilə bağlıdır. “Zirə”nin qapıçısı ardıcıl 3-cü turda qapısının toxunulmazlığını qoruya bildi.

Portuqaliyalının komandası səfərdə “Kəpəz”i 2:0 hesabı ilə üstələyib. O, 4, 5 və 6-cı turlarda qol buraxmayan Kenan Piriçin nailiyyətini təkrarlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda