Sonuncu dəfə nə vaxt belə olmuşdu? - ƏN AŞAĞI...

08:40 Araşdırma 58
Sonuncu dəfə nə vaxt belə olmuşdu? - ƏN AŞAĞI...

Azərbaycan Kubokunun 1/8 final mərhələsində son 14 mövsümün ən aşağı məhsuldarlıq göstəricisi qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, 8 oyunda cəmi 19 qol vurulub.

Orta məhsuldarlıq 2,375-ə bərabər olub. 1/8 finalda daha aşağı məhsuldarlığa sonuncu dəfə 2011/12 mövsümündə təsadüf olunub.

Həmin vaxt 7 qarşılaşmada 14 qol vurulub.

Orta göstərici 2,00-a bərabər olub. Qeyd edək ki, ötən mövsüm 1/8 finalda 27 qol qeydə alınmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI