Premyer Liqanın 14-cü turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.
9 nəfər oyunları kənardan izləyəcək. Onlardan 7-si futbolçu, 2-si məşqçidir.
Söhbət ötən həftə baş tutan “Şamaxı” – “Sumqayıt” görüşündə söz davasına çıxdıqları üçün texniki zonadan uzaqlaşdırılan Ayxan Abbasovla Saşa İliçdən gedir.
“Kəpəz”dən Olavale Onanuqa, “Zirə”dən Ayron Qomis, “Karvan-Yevlax”dan Eltun Turabov və Vadim Abdullayevv, "Araz-Naxçıvan”dan Bu-Muaka Simakala, “Sumqayıt”dan Ronaldo Vaskes, “Qəbələ”dən Murad Musayev 14-cü turda şans qazana bilməyəcəklər.
Adları çəkilənlərin hər biri öncəki turlarda aldıqları sarı və qırmızı vərəqələrin bədəlini ödəmək məcburiyyətindədir. Yeri gəlmişkən, cari mövsümdə ilk dəfə bir turda bu qədər məşqçi-futbolçu cəzalı duruma düşüb.
Dekabrın 6-da “Zirə” – “Qarabağ”, bir gün sonra “Karvan-Yevlax” – “Şamaxı”, dekabrın 8-də “Qəbələ” – “Turan Tovuz”, “Sabah” – “Neftçi”, dekabrın 9-da “Araz-Naxçıvan” – “Kəpəz”, “Sumqayıt” – “İmişli” görüşləri baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ

