Ölkəmizdə bununla bağlı qanunvericiliyə dəyişiklik olunur

07:30 Araşdırma 78
Ölkəmizdə bununla bağlı qanunvericiliyə dəyişiklik olunur

Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır.

Bu halda Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 Dekabr 18:10 Çək və bizə göndər!