Ermənistan Qarabağ danışıqlarına dair sənədləri dərc etdi

3 Dekabr 2025 08:10 Araşdırma 430
Ermənistan Qarabağ danışıqlarına dair sənədləri dərc etdi

Ermənistan hökuməti keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib.

Hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib.

Burada 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə vasitəçilər tərəfindən təqdim edilən təkliflər, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın 2016-cı ilin avqustunda Rusiya lideri Vladimir Putinə ünvanlanmış məktubu və digər sənədlər var.

Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın əvvəllərində Qarabağla bağlı danışıqlar prosesinə dair əsas sənədlər paketini, o cümlədən 2019-cu ilə aid materialları ilin sonunadək açıqlayacağını bildirmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti