“Orduda “beşinci kolon” hələ də fəaliyyət göstərir".
Bunu Ermənistan İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan jurnalistlərə bildirib.
O deyib ki, 44 günlük müharibə zamanı bu vəziyyət mövcud idi: “Güman edirəm ki, indi də qalıb”.
A.Kyaramyan deyib ki, 2020-ci il hadisələri ilə bağlı bir çox işlərə başlanılıb, bəziləri artıq yekunlaşıb və ictimaiyyətə açıqlanıb:
“Digərləri ilə bağlı istintaq davam edir. Amma zaman gələcək ki, cəmiyyət bütün suallara cavab alacaq, məğlubiyyətin səbəblərini anlayacaq”.
Kyaramyan etiraf edib ki, o məğlubiyyət təkcə hakimiyyətin yox, bütün xalqın məğlubiyyəti idi. “Özü də həmin günlər Şuşada könüllü kimi olubsa, hesab edir ki, onun kimi insanlar çox olsaydı, şəhər əldən getməzdi”-İstintaq Komitəsinin rəhbəri daha sonra sərsəmləyib.

