Prezident seçkilərinin yekun nəticələri bilindi

12 Fevral 2024 12:50 Araşdırma 955
Prezident seçkilərinin yekun nəticələri bilindi

Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin yekun nəticələri açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının hazırda keçirilən iclasında son nəticələr elan olunub.

Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin (4 milyon 567 mindən çox) səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76,43 faiz olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?