Azərbaycan millisinin müdafiəçisinin transfer qiyməti 200 min avro aşağı düşdü - FOTO

00:40 Araşdırma 70
Azərbaycan millisinin müdafiəçisinin transfer qiyməti 200 min avro aşağı düşdü - FOTO

Türkiyə 1-ci Liqasında komandaların və futbolçuların dəyəri yenilənib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin oyunçusu Toral Bayramov da siyahının üst sıralarındadır.

25 yaşlı sol cinah müdafiəçisi liqanın ən dəyərli 4-cü futbolçusudur. Son dönəmlərdə 200 min avroluq dəyər itirən Bayramovun hazırkı transfer qiyməti 1,8 milyon avroya bərabərdir.

Onu qabaqlayan 3 oyunçunun hamısı komanda yoldaşlarıdır.

İlk “üçlük”də müvafiq olaraq “Bursaspor”un digər oyunçuları Keleçi İhenaço (2,8 milyon avro), Linkoln (2,7 milyon) və Juergen Elitim (2,2 milyon) qərarlaşıblar. Onlar da Bayramov kimi dəyər itiriblər.

Liqanın ən dəyərli komandası isə elə “Bursaspor”dur. Bursalıların futbolçularının ümumi transfer qiyməti 19 milyon avrodur.

toral-bayramovun-transfer-qiymeti-200-min-avro-dusdu

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO