Azərbaycan futbolunun FİNAL ADAMLARI

4 İyun 02:10 Araşdırma 251
Azərbaycan futbolunun FİNAL ADAMLARI

Azərbaycan Kubokunun indiyədək keçirilən 28 final matçını 17 baş hakim idarə edib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, 1992-ci ildən keçirilən yarışın şərikli rekordçuları Fariz Yusifovla Əliyar Ağayevdir.

Onlar hamıdan çox – hərəyə 4 dəfə həlledici görüşdə ədaləti qoruyub.

Vüsal Əliyev və Xaqani Məmmədov 3, Tahir Süleymanov 2 final idarə edib. Digər 12 referi isə hərəyə 1 dəfə finalda baş hakim funksiyasını yerinə yetirib.

Bunlar Gülağa Cabarov, Orucəli Durmuşov, Nüvər Xasıyev, Asim Xudiyev, Məhəmməd Məmmədov, İmanxan Sultani, Manuel Qrafe (Almaniya), Elçin Məmmədov, Rəhim Həsənov, Rauf Cabarov, İnqilab Məmmədov və Elçin Məsiyevdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu