Hansı qidaları birlikdə qəbul etmək olmaz?

2 İyun 15:50 Araşdırma 311
Hansı qidaları birlikdə qəbul etmək olmaz?

Müəyyən qidaları birlikdə qəbul etmək həm həzm sisteminə, həm də sağlamlığa zərər verə bilər.

Ona görə də istehlak edilən qidalara xüsusi diqqət yetirilməlidir.

Bir yerdə qəbul edilməməsi lazım olan qidaları təqdim edirik:

Pizza və kola

Kola və pizzanın birlikdə istehlakı bədəndə həddindən artıq şəkər və karbohidrat yüklənməsinə səbəb olur. Həmin ikili həzm sistemində narahatlığa yol açır və tez aclıq hissi yaradır.

Bananlı süd

Süd və banan qarışığı uzun müddətə həzm olunur. Bu da həzm prosesində çətinlik yaratmağa gətirib çıxarır.

Yağ və bal

Bal və yağı birlikdə istehlak etmək çox da sağlam seçim deyil. Balın tərkibindəki şəkər sizə təxminən bir saat enerji verəcək. Ancaq bu təsir keçdikdə tezliklə aclıq hiss etmənizə səbəb olacaq.

Taxıl məhsulları və portağal şirəsi

Portağal şirəsində olan turşular taxılda olan nişastaları həzm etməyə kömək edən fermentləri məhv edir. Həmçinin, turşulu meyvələr və şirələr südü qatılaşdıraraq onu ağır selikli maddəyə çevirir. Taxıl yeməzdən bir saat əvvəl su içmək məsləhətdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu