Fit bədənə sahib olmaq istəyirsiz? - Bu qidalardan istifadə edin

1 İyun 2023 03:40 Araşdırma 289
Fit bədənə sahib olmaq istəyirsiz? - Bu qidalardan istifadə edin

Yaz-yay aylarında insanların bir çox istəkləri arasında fit bədənə sahib olmaq da yer alır. Bunun üçün isə qidalanma rejiminə əməl etmək olduqca vacibdir.

Sportinfo.az fit bədənə sahib olmaq üçün hansı qidalardan istifadə etməyin lazım olduğunu təqdim edir:

Xiyar

Tərkibi 95%-dən çox sudan ibarət olan xiyarın sağlamlığa faydaları yüksəkdir. Daha az kalorili qidalar arasında yer alan xiyar arıqlamağa kömək etməklə yanaşı, toxluq hissi də yaradır.

C vitamini

“Journal of Nutrition”da dərc edilən bir araşdırmada bildirilir ki, daha çox miqdarda C vitamini qəbul edən insanların azçəkili olduqları müəyyən edilib. Bu vitamin qrupuna daxil olan qidaların çoxu pəhrizdə istifadə olunur.

Qaragilə

Qaragilə arıqlamağa kömək edə biləcək müxtəlif faydalı vitamin və qidalarla zəngindir. Xüsusilə, bədənin məşq zamanı yağ yandırmasına kömək etmə qabiliyyətinə görə bir stəkan təbii qaragilənin kilo itkisinə müsbət təsir göstərdiyi müəyyən edilib.

Badam

Badam aclığı nəzarət altında saxlamağa kömək edir. Gün ərzində az miqdarda badamdan istifadə etməklə özünüzdə toxluq hissi yarada bilərsiniz.

Qreypfrut

Qreypfrut yağı yandırmağa kömək edən əla vasitədir. “The Journal of Medicinal Food” jurnalında qreypfrut istehlakının çəkiyə və insulin müqavimətinə təsiri ilə bağlı dərc olunmuş 12 həftəlik pilot araşdırma, hər yeməkdə bir stəkan qreypfrut suyu içən və ya yarım qreypfrut yeyən iştirakçıların əhəmiyyətli dərəcədə çəki atdığını müəyyən edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı