"Onların ordusu olmayacaq" - Paşinyan danışıqların bəzi təfərrüatlarını açıqladı

31 May 2023 13:30 Araşdırma 31 816
"Onların ordusu olmayacaq" - Paşinyan danışıqların bəzi təfərrüatlarını açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada aparılan danışıqların bəzi təfərrüatlarını açıqlayıb

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilir ki, Nikol Paşinyan komandası ilə qapalı görüş keçirərək, Moskvada aparılan danışıqların bəzi təfərrüatlarını açıqlayıb və Qarabağ separatçıları üçün iki ssenari təsvir edib.

“Hraparak”ın bu görüşün iştirakçılarından birinə istinadən verdiyi məlumata görə, Paşinyan separatçıların öz ordusuna sahib olmayacağını bildirib. Onun sözlərinə görə, Bakı bunu prinsipial bir məsələ kimi qəbul edir: “müdafiə ordusu” tərksilah edilərək buraxılacaq.

Ssenarilərə gəlincə, Paşinyanın fikrincə, bir neçə mümkün variant var. Əgər Azərbaycan yerli ermənilərin təhlükəsizliyini təmin edərsə, o zaman prinsipcə gözlənilməz heç nə baş verməyəcək.

Əks halda Paşinyan qeyd edib ki, “Ermənistan hakimiyyəti hər kəsin öz ərazisinə köçürülməsini təmin edəcək”, - deyə qəzet qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti