Füzulidə arabası ilə basdırılmış hökmdarın məzarı tapılıb

24 May 2023 04:00 Araşdırma 828
Füzulidə arabası ilə basdırılmış hökmdarın məzarı tapılıb

“Füzulidə 3 kurqanda qazıntı işləri aparılıb”.

Bunu APA-ya açıqlamasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

O bildirib ki, sözügedən kurqanlar Əhmədbəyli-Füzuli-Şuşa yolunun təxminən 700-800 metr yaxınlığında yerləşir.

“Bura böyük kurqan çölüdür və 3 min yaşı olan hökmdar kurqanları var. Eramızdan əvvəl l minilliyin VIII-VII əsrlərinə aiddir. Araşdırmalarımız zamanı məlum olub ki, burada hökmdarı arabası ilə birlikdə dəfn ediblər. Araba təkərlərinin, atlarının, silah-sursatının qalıqları aşkarlanıb. Burada tapılan materialların böyük hissəsi bizim fondda saxlanılır, bir hissəsi isə hələlik Tarix Muzeyinə təhvil verilib”.

Digər Xəbərlər
Xəbər Lenti