Mayın 23-də gözlənilən hava şəraiti - 30° isti olacaq

22 May 2023 21:50 Araşdırma 328
Mayın 23-də gözlənilən hava şəraiti - 30° isti olacaq

Mayın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə ediləcək.

Lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti