Qarabağda işləmək istəyənlər bilsin: Bu qədər maaş verilir - SİYAHI

22 May 2023 03:30 Araşdırma 5 231
Qarabağda işləmək istəyənlər bilsin: Bu qədər maaş verilir - SİYAHI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə aşpaz, qabyuyan, gözətçi, fəhlə, xadimə, xidmətçi vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Vakant vəzifə

Aylıq vəzifə maaşı (manat)

Aşpaz

499

Qabyuyan

437

Gözətçi

420

Fəhlə

420

Xadimə, xidmətçi

384

Yuxarıda göstərilən vəzifə maaşlarına qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək şəraitinə görə əlavələr daxildir. Həmçinin, işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulmuşdur.

Maraqlananlar aşağıda göstərilən sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

şəxsiyyət vəsiqəsinin surəti;

təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin 31 may tarixinədək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti