Dünya futbolunda futbolçuların vətəndaşlıqlarını dəyişdirməsi hallarına tez-tez rast gəlirik.
Kimisi öz vətənində layiqli diqqət görmədiyi, kimisinin istedadı təsadüfən üzə çıxdığı və fikirləri cəlb etdiyi üçün, kimisi daha çox pul qazanmaq, bir çoxu ölkəsindəki qeyri-sabit vəziyyətə, şəraitə görə başqa təklifləri dəyərləndirir...
Futbolçuları ən çox milliləşdirilən qitələrdən biri Afrikadır. Xüsusən də qitənin kasıb ölkələrində futbola həvəsi olan, perspektiv vəd edən xeyli uşaqlar var ki, bəlkə də gələcəkdə onlar öz millilərinin şərəfini qorusalar, Afrika futboluna böyük töhfə vermiş olarlar. Ancaq belə istedadlar daha çox Avropanı təmsil edən və sair ölkələrə istiqamətlənir. Elə Azərbaycanda da vaxtilə kifayət qədər milliləşdirilmiş afrikalı futbolçular oynayıb. Hər halda Afrika adına təəssüfləndirici məqamdır. Etiraf etmək lazımdır ki, ölkəsini dəyişən futbolçuların bir çoxunun ulduzu parlasa da, bəzilərinin karyerası alınmır və sonda sıradan, heç kimin diqqətini cəlb etməyən oyunçuya çevrilir. Çünki onlara Avropada yaxşı yer və cənnət vəd olunur. Gəlirlər, bir-iki oyun oynayırlar və sonradan çağırılmırlar. Avropa ölkələrinin kiçik yaşlarından afrikalı oyunçuları mililəşdirib, ehtiyac duyduqları halda onları əsas komandaya təqdim etməsi halları da yad deyil. Əlbəttə ki, Avropa ölkələrini beynəlxalq səviyyədə təmsil etməyi seçməyin üstünlükləri var. Lakin, məsələn, onlar öz kökənlərinin bağlı olduğu ölkələrin millisində oynasalar, Afrika futboluna böyük fayda verə bilərlər... Bəlkə də onlar başqa ölkəni seçdikləri üçün dünya səviyyəli futbolçuya çevriliblər...
Qaynarinfo başqa ölkələrin vətəndaşlığını qəbul edib və hazırda futbol ictimaiyyətinin tanıdığı, pərəstişkarı olduğu dünya səviyyəli oyunçulardan bəzilərinin adlarını təqdim edir.
Leroy Sane

Əsli: Seneqal
Vətəndaşlığı: Almaniya
Ancelo Oqbonna

Əsli: Nigeriya
Vətəndaşlığı: İtaliya
Ousmane Dembele

Əsli: Mali
Vətəndaşlığı: Fransa
Nqolo Kante

Əsli: Mali
Vətəndaşlığı: Fransa
Tammi Abraham

Əsli: Nigeriya
Vətəndaşlığı: İngiltərə
Kilian Mbappe

Əsli: Kamerun
Vətəndaşlığı: Fransa
Maruan Fellaini

Əsli: Mərakeş
Vətəndaşlığı: Belçika
Mario Balotelli

Əsli: Qana
Vətəndaşlığı: İtaliya
Luis Nani

Əsli: Kabo Verde
Vətəndaşlığı: Portuqaliya
Adama Traore

Əsli: Mali
Vətəndaşlığı: İspaniya
David Alaba

Əsli: Nigeriya
Vətəndaşlığı: Avstriya
Memfis Depay

Əsli: Qana
Vətəndaşlığı: Niderland
Bukayo Saka

Əsli: Nigeriya
Vətəndaşlığı: İngiltərə
Pol Poqba

Əsli: Qvineya
Vətəndaşlığı: Fransa
Stefan Elşeravi

Əsli: Misir
Vətəndaşlığı: İtaliya
Hal Robson Kanu

Əsli: Nigeriya
Vətəndaşlığı: Uels
Jerom Boatenq
Əsli: Qana
Vətəndaşlığı: Almaniya
Dayot Upamekano

Əsli: Seneqal
Vətəndaşlığı: Fransa
Dele Alli

Əsli: Nigeriya
Vətəndaşlığı: İngiltərə
Steven Tatenda Nzozi

Əsli: Konqo Demokratik Respublikası
Vətəndaşlığı: Fransa
Karim-David Adeyemi

Əsli: Nigeriya
Vətəndaşlığı: Almaniya
Səbuhi Həsənov

