"Neftçi" və bölgə təmsilçiləri üçün ACI XƏBƏR

21 May 2023 16:30 Araşdırma 1 259
"Neftçi" və bölgə təmsilçiləri üçün ACI XƏBƏR

Premyer Liqanın 35-cü turu bir neçə futbolçu üçün tamaşa meydanı olacaq.

21-22 may tarixlərində keçiriləcək oyunları 5 futbolçu kənardan izləmək məcburiyyətindədir.

Cəzalılar “Turan Tovuz”dan Sadiq Quliyevlə Xəyal Nəcəfov, “Qəbələ”dən Ürfan Abbasovla İlkin Qırtımov, “Neftçi”dən Eddi İsrafilovdur.

Sarı vərəqə limitini dolduran və öncəki turda qırmızı vərəqə alan sözügedən futbolçular 35-ci turda iştirak edə bilməyəcək. Bu mənada bölgə təmsilçiləri “Qəbələ”ylə “Turan Tovuz”un işinin çətin olacağını deyə bilərik.

Mayın 21-də “Kəpəz” – “Neftçi”, bir gün sonra “Qarabağ” – “Sumqayıt”, “Turan Tovuz” – “Səbail”, “Şamaxı” – “Qəbələ”, “Sabah” - “Zirə” görüşlərinə şahidlik edəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti