
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Laçın yolu ilə dərman və digər tibbi ləvazimatların daşınmasını bərpa edib.
Bu barədə BQXK-nın qondarma qurumdakı “ofisi”nin (?-M.) əməkdaşı Eteri Musayelyan açıqlama verib.
“Digər fəaliyyətlərin bərpası üçün bütün qərar qəbul edən şəxslərlə müzakirələr davam edir”, - E.Musayelyan əlavə edib.
Separatçılar BQXK-nin 27 apreldən etibarən Xankəndiyə gəlib-getməməsini Azərbaycanın guya məhdudiyyətlər yaratması ilə əlaqələndirməyə çalışsalar da, ötən gün qurum bunu təkzib edərək, qərarın onların özlərinə məxsus olduğunu açqlamışdı.
Bu arada BQXK-yə məxsus avtomobillərin Laçın sərhəd-nəzarət məntəqəsində yoxlamalardan sonra Azərbaycana daxil olduqlarını əks etdirən görüntülər yayılıb.
Amma bu arada ortaya maraqlı sual çıxır: "Qırmızı Xaç”ın Xankəndidə "ofisi"nin yaradılması ilə bağlı qurum Bakının razılığını alıbmı?