Müharibədə gündəm dəyişir - Ukraynanın SİRRİ ÜZƏ ÇIXDI

19 May 2023 13:50 Araşdırma 1 331
Müharibədə gündəm dəyişir - Ukraynanın SİRRİ ÜZƏ ÇIXDI

Son zamanlar rus komandirlərini narahat edən əsas sual budur: Ukraynanın Hava Hücumundan Müdafiəsi necə oldu ki, birdən-birə belə keçilməz oldu?

Rusiya təkcə bu ay Ukrayna paytaxtına səkkiz raket hücumu həyata keçirib.

Bunlardan sonuncusu dünən səhər saatlarında baş tutub. Rusiya Müdafiə Nazirliyi Kiyevin müxtəlif nöqtələrini hədəf alan hücumda ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə sisteminin hipersəsli “Kinjal” raketi ilə vurulduğunu iddia edib,

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat isə bu iddianı təkzib edərək, “Patriotu bircə Kinjal raketi ilə məhv etməyin mümkün olmadığını” bildirib.

Ukraynanın açıqlaması bir qədər şişirdilmiş ola bilər, çünki ABŞ rəsmiləri Patriot hava hücumundan müdafiə sisteminin böyük ehtimalla zədələndiyini düşünürlər.

Son vaxtlara qədər əksər hərbi analitiklər, hətta ABŞ müdafiə rəsmiləri Ukraynanın hava hücumundan müdafiəsinə şübhə ilə yanaşırdılar. Lakin bütün narahatlıqlara baxmayaraq, Ukrayna 84 raket hücumunun öhdəsindən gəlib və üstəlik, Putinin “dayandırılmaz” və “bənzərsiz” adlandırdığı “Kinjal” raketini məhv edib.

Bəs bir neçə həftə ərzində nə dəyişdi?

6464dbe9c9de3d321c2c0695.jpg (61 KB)

Musavat.com xəbər verir ki, CNN International Ukraynanın hava hücumundan müdafiəsinin sirrini açıb.

ABŞ-ın ən böyük yayımçısı olan CNN-ə görə, bu sualın cavabı ABŞ və Almaniyanın Ukraynaya verdiyi Patriot hava hücumundan müdafiə sistemi batareyalarıdır.

Patriot raketdən müdafiə sistemi ABŞ-da ən effektiv hava hücumundan müdafiə sistemi hesab olunur. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, Patriot raketləri yüksək və orta hündürlükdə uçan təyyarələri, qanadlı raketləri və bəzi ballistik raketləri vura bilir.

Bu yaxınlarda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sızdırdığı məxfi sənədlərə görə, Kiyevin sursatları sürətlə tükənir.

Hərbi analitiklər Rusiyanın Ukrayna müharibəsində yeni taktikadan istifadə etdiyini irəli sürürlər.

Bu, son günlər tez-tez səslənən bir iddiadır ki, Rusiyanın ardıcıl hücumları, əslində, “təmizləmə taktikası”dır və Moskvanın əsas məqsədi Ukraynanın hərbi ehtiyatlarını tükəndirməkdir.

CSIS-dən İan Uilyams isə deyir ki, “Rusiyanın taktikasının məhz Ukraynanın müdafiə qabiliyyətini boşaltmağa yönəldiyi görünür”.

Lakin Ukraynanın Qərb himayədarları Kiyevi silahla təmin etməkdə qərarlı görünürlər. ABŞ Müdafiə Nazirliyi mayın 9-da 1,2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

Böyük Britaniya Ukraynaya yüzlərlə hava hücumundan müdafiə raketi göndərəcəyini təsdiqləyib, Almaniyanın isə Ukraynaya 2,7 milyard avro dəyərində yeni silah və sursat göndərəcəyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!