Mayın 18-nə gözlənilən hava proqnozu - Şimşək, leysan, dolu, - 25° isti

17 May 2023 21:50 Araşdırma 1 494
Mayın 18-nə gözlənilən hava proqnozu - Şimşək, leysan, dolu, - 25° isti

Mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Həmçinin oxuyun: Азербайджанец, чьё имя фигурировало в скандальном процессе...

Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti