Azərbaycanda idman müəssisələri başqa nazirliyin tabeliyinə veriləcək?

17 May 2023 19:20 Araşdırma 457
Azərbaycanda idman müəssisələri başqa nazirliyin tabeliyinə veriləcək?

Sportinfo.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev nazirliyin tabeliyində olan idman müəssisələrinin Gənclər və İdman Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı sualı cavablandırıb.

Nazir qeyd edib ki, idman müəssisələrindəki problem genişdir və cəmiyyətin problemidir:

“Bu məktəblərin mahiyyəti ilk növbədə peşəkar idmançı yetişdirmək deyil. Bu, onun üçündür ki, uşaqlar məktəbdən sonrakı boş vaxtlarında gedib orada məşğul olsunlar.

Təbii ki, peşəkar idmançılar da onların arasından çıxır. Lakin hər iki qurumun tabeliyində olan belə müəssisələrinin əsas məqsədi Azərbaycan xalqına xidmət etməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti