“Qarabağ” və “Sabah” yalnız “Barselona”dan geri qalır

17 May 2023 12:40 Araşdırma 1 471
“Qarabağ” və “Sabah” yalnız “Barselona”dan geri qalır

Avropanın “Top-5” liqalarında cari mövsüm ən az qol buraxan 10 klub müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, siyahıya İspaniya La Liqasında çempionluğu rəsmiləşdirən “Barselona” başçılıq edir.

Kataloniya klubu geridə qalan 34 matçda qapısında cəmi 13 qol görüb. Bu isə hər görüşdə orta hesabla 0,38 top deməkdir.

Maraqlıdır ki, Azərbaycan Premyer Liqasında çıxış edən iki klub bu baxımdan “böyük beşlik” ölkələrindəki komandalar arasında yalnız “Barselona”dan geri qalır.

Bunlar sona iki tur qalmış çempionluğu təmin edən “Qarabağ” və gümüş mükafatçı “Sabah”dır.

Ağdam təmsilçisi 34 görüşdə 22 dəfə, bakılılar isə 33 qarşılaşmada 23 dəfə mərkəzə dəvət ediliblər. “Qarabağ” orta hesabla hər oyunda 0,64, “Sabah” isə 0,69 qol buraxıb.

Tükiyə Super Liqasında ən yaxşı göstəriciyə malik komanda “Qalatasaray”dır. “Sarı-qırmızılılar”ın qapıçısı 32 oyunda 26 dəfə (0,81) topu tordan çıxarmalı olub.

“Beşiktaş” isə 32 qarşılaşmada 30 top (0,93) buraxıb. Qardaş ölkə təmsilçilərinin bu göstəriciləri “Top-5” liqanın ilk “10-luğ”unda yalnız son sıralara düşmək üçün yetərlidir.

1. “Barselona” (İspaniya) – 34 oyun / 13 qol (orta hesabla hər oyunda 0,38)

2. “Napoli” (İtaliya) – 35 / 25 (0,71)

3. “Lans” (Fransa) – 35 / 27 (0,77)

4. “Atletiko” (İspaniya) – 34 / 27 (0,79)

5-6. “Yuventus” (İtaliya) – 35 / 28 (0,80)

5-6. “Latsio” (İtaliya) – 35 / 28 (0,80)

7-8. “Mançester Siti” (İngiltərə) – 35 / 31 (0,88)

7-8. “Nyukasl” (İngiltərə) – 35 / 31 (0,88)

9. “Real Sosyedad” (İspaniya) – 34 / 31 (0,91)

10. “Real Madrid” (İspaniya) – 34 / 32 (0,94)

Digər Xəbərlər
Xəbər Lenti