Erməni saxtakarlığı davam edir

16 May 2023 03:50 Araşdırma 459
Erməni saxtakarlığı davam edir

Ermənistan tariximizi silməyə çalışdığı Təpəbaşı məhəlləsi ilə bağlı yeni saxtakarlıqlar etməyə başlayıb.

İrəvan və Fransanın Lion şəhərinin rəhbərliyinin birgə təşkilatçılığı çərçivəsində Azərbaycanın tarixi şəhəri olan İrəvanın Təpəbaşı məhəlləsinin “rekonstruksiyası” ilə bağlı layihə hazırlanır.

Məlumata görə, artıq Lionun meri İrəvana səfər edərək həmin ərazilərə baxış keçirib. Ermənilər fransızlarla birləşərək Azərbaycan xalqına məxsus Təpəbaşı məhəlləsinin real tarixi izlərini silmək niyyətindədir.

Təpəbaşının tarixi...

1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», “Dəmirbulaq”, “Dərəkənd”, “Təpəbaşı” ibarət olub.

“Təpəbaşı” Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Bu məhəllə şəhərin qərb hissəsini əhatə edirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı.

Hüseynqulu xana məxsus məşhur Xan bağı da burada yerləşirdi.
Bu tarixi faktlar bir daha sübut edir ki, “Təpəbaşı” İrəvanın əsasını təşkil edib və bir başa Azərbaycan tarixi ilə əlaqədardır.

Qeyd edək ki, ötən il İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.

Digər Xəbərlər
Xəbər Lenti