Polşalılar önündə ağlaşma qurmalı futbol adamlarımız kimlərdir? - FOTOLAR

14 May 2023 21:20 Araşdırma 928
Polşalılar önündə ağlaşma qurmalı futbol adamlarımız kimlərdir? - FOTOLAR

Azərbaycan Premyer Liqasının başa çatmasına az qalıb..

Hər kəsi düşündürən suallardan biri odur ki, görəsən, Premyer Liqanı kim tərk edəcək?

Bəzilərini isə narahat edən məqam başqadı – Amandı, “Səbail”, "Şamaxı" və ya "Sumqayıt" aşağı liqaya düşməsin. Qurulan baza, infrastruktur qalacaq ortalıqda, heyifdi.

Görəsən, həmin adamlar Polşada yaşasaydı neynərdilər? Yəqin ki, bir dəstə dəsmal götürüb, gedib Polşa Futbol Federasiyasının qabağında ağlaşma qurardılar.

Bilirəm, hamınızı eyni maraq bürüdü – nə əlaqə?

Deməli, Polşa çempionatı da sona yaxınlaşır. Ekstraklasanın bitməsinə 3 tur var. Bizdən fərqli olaraq artıq indidən kimin yüksək liqanı tərk edəcəyi dəqiqləşib.

Həmin kollektivlərdən biri “Lexiya”dır. 1945-ci ildə yaradılan Qdanski təmsilçisi 15 ildən sonra yenidən aşağı liqada çıxış edəcək.

9 milyon avro büdcəsi olan komanda ən yaxın izləyicisindən 6 xal geri qalmaqla hazırda 17-ci pillədə qərar tutur. Yəqin ki, elə mövsümü də bu yerdə başa vuracaq.

Sizləri bir də bu komandanın ev oyunlarını keçirdiyi arena ilə tanış edim.

Polşa klubu rəqiblərini “PGE Arena Gdanski”də qəbul edir.

2012-ci ildə inşa olunan arenanın tutumu 43 mindən bir qədər çoxdur.

Muasir idman qurğusu biznes, əyləncə və istirahət mərkəzi kimi də fəaliyyət göstərir. Çoxsaylı kütləvi tədbirlərə ev sahibliyi edib. AÇ-2012-nin bir çox matçı burada keçirilib. Hər gün çox sayda turist buranı ziyarət edir.

Onlar klubun paltardəyişmə otağını, VİP zonanı, arena ərzisində olan kilsəni və.s yaxından görmək imkanına sahib olurlar.

Və növbəti mövsümdən bu böyüklükdə, gözəllikdə infrastruktura sahib klub aşağı liqada çıxış edəcək.

Lakin Polşada nə başını tutan var ki, “amandı, bəs bu qədər adam işsiz qalacaq”, nə də “amandı, bu cür baza dağılıb, aradan gecədək” – deyən var.

Bunu idman prinsiplərinin qorunması kimi qəbul edirlər. Və həm də ümid edirlər ki, növbəti mövsüm “Lexiya” daha iddialı, daha əzəmətli duruşu ilə bu möhtəşəm bazada yüksək liqa klublarını və avrokuboklardakı rəqiblərini qəbul edəcək.

Necədə sağlam düşüncədir elə deyilmi? Allah bizə bunu öz futbol mütəxəssislərimizdən, funksuonerlərimizdən də görməyi nəsib eləsin. Amin!

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti