II Qarabağ savaşından "sağ çıxan" və "sağ çıxmayan" evlər - VİDEOREPORTAJ

3 Dekabr 2022 13:30 Araşdırma 234
II Qarabağ savaşından "sağ çıxan" və "sağ çıxmayan" evlər - VİDEOREPORTAJ

Vətən müharibəsi dönəmində Gəncə ən çox raket zərbələrinə məruz qalan şəhərlərimizdən oldu.

Sonrakı dönəmdə düşmən təxribatı nəticəsində dağılan yaşayış evlərinin təmiri ilə bağlı komissiya yaradıldı və bu komissiya ölkə üzrə zərərçəkən şəxslərin evlərinin ilk olaraq qiymətləndirilməsini, ardından isə tikintisi və təmirini aparır.

Məlum düşmən təxribatı zamanı Pərviz Məmmədovun yaşadığı evə də ziyan dəyib. Tikilinin divarlarında çatlar əmələ gəlib. İndi bu çatlar getdikcə böyüyür. Vətən müharibəsi iştirakçısı olan müsahibimiz 2020-ci ilin oktyabrında ordu sıralarında olub.

Pərviz Məmmədov deyir ki, xidmətdə olduğu zaman səhhətində problemlər yaranıb. Təcili hərbi hospitallardan birinə gətirilib və əməliyyat edilib. Qısası ailəsi və yaxınları bir il onun səhətinin normallaşması üçün çalışıb. Bir müddət öncə evinin təmiri ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinə etdiyi müraciətdə isə deyilib ki...

Vətən müharibəsi iştirakçısı hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Səhhətindəki problemlər yenidən yaşanır. Həyətindəki xırda işlərdə ona 10-yaşlı oğlu Əli kömək edir.

Bu gün Gəncə şəhərində Vətən müharibəsi zamanı yararsız hala düşən evlərin tikintisi davam etməkdədir.

Zamanla siyahı da artıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Gəncə şəhərində 3700 dən çox tikili təmir-bərpa edilib,30 dan çox yaşayış evi yenidən inşa olunub.

Şəhər sakini Taleh Abbasov isə artıq yeni evinə köçməyə hazırlaşır. Evi sıfırdan inşa olunub və tikintinin keyfiyyətindən razıdır.

Vətən müharibəsində zərər görən şəxslərə məhəllə tipli yaşayış evləri ilə yanaşı, binalardan da mənzillər verilib. Pərviz Məmmədovun evinin təmirinə gəlincə, biz son durumla bağlı məlumatı aidiyyəti qurumlara göstərdik. Ümid edək ki, vətən müharibəsi iştirakçısının üzləşdiyi çətin vəziyyət aradan qaldırılacaq (musavat.com).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı