Ronaldo MÜBAHİSƏSİ: FIFA sübut etdi ki… VİDEO

30 Noyabr 2022 03:50 Araşdırma 1 055
Ronaldo MÜBAHİSƏSİ: FIFA sübut etdi ki… VİDEO

Sportinfo.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası dünya çempionatında Uruqvayın qapısından keçirilən birinci qolun məhz Kriştianu Ronaldo tərəfindən vurulması barədə FIFA-ya sübutlar təqdim edib.

Qeyd olunur ki, bu qolun müəllifliyi ilə bağlı yekun qərarı FIFA-nın texniki komissiyası verəcək.

Ulduz futbolçu isə oyundan sonra verdiyi açıqlamada bildirib ki, qolun müəllifi özüdür.

“Top mənə toxundu”, - hücumçu matçdan sonra meydanı tərk edərkən bildirib.

Portuqaliya oyunu 2:0 hesablı qələbə ilə bitirib. Birinci qol epizodunda Ronaldu topa başı ilə zərbə vurmağa çalışıb. Əvvəlcə qolun müəllifi Ronaldu göstərilsə də, sonradan FIFA qolu Fernandeşin adına yazıb.

FIFA və dünya çempionatı üçün top istehsal edən “Adidas”ın yaydığı xəbərə görə, oyun topuna yerləşdirilən sensordan alınan məlumatlar portuqaliyalı hücumçunun komandanın Uruqvaya qarşı ilk qolu (2:0) zamanı topa toxunmadığını təsdiqləyib.

“Həmin an topa kənar qüvvə təsir etməyib. Bunu topun içərisinə yerləşdirilmiş 500Hz IMU sensorundan alınan məlumatların analizi də çox dəqiqliklə deməyə imkan verir”, - FIFA-nın açıqlamasında bildirilib.

Qurumdan əsas qol anlarının kadrları üzrə qrafiki də yayılıb. Qrafikdən göründüyü kimi, sensor Ronaldunun başı ilə mümkün təmas zamanı vibrasiyaları qeydə almayıb. Bu isə o deməkdir ki, belə bir təmas olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti