Futbol üçün yığılan pul: Gəncə Tovuzu qabaqlayır, Tovuz da Mingəçeviri – KONKRET MƏBLƏĞ

30 Sentyabr 2022 20:20 Araşdırma 1 241
Futbol üçün yığılan pul: Gəncə Tovuzu qabaqlayır, Tovuz da Mingəçeviri – KONKRET MƏBLƏĞ

Region klublarının maliyyə dayaqlarının yaxşılaşdırılması məqsədi ilə yaradılan Futbol İnkişaf Fondu bu yöndə fəaliyyətə başlayıb.

Son aylar bölgələrə səfərlər edən fondun nümayəndə heyətinin hələ ki, üzdə olan işi “100k” layihəsinə start verməsidir.

İlk prosesə iyulun sonlarında Tovuzda – “Turan Tovuz”un timsalında start verildi ki, bundan təxminən 1 ay sonra “Kəpəz”a avtobus alınması üçün əməli işə başlanıldı.

Geridə qalan müddətdə ciddi irəliləyişə nail olunmasa da, insanlar klublara imkanları daxilində ianə etməyə çalışır.

FİF-in kommunikasiya meneceri Mehriban Mürsəlovanın Sportinfo.az-a verdiyi məlumata görə bu günə qədər “Turan Tovuz”un 587 pikseli satılıb, 6553 pikseli hələ də alıcısını gözləyir. 2 ayda toplanan məbləğ 8945 manatdır.

Cəmi 1 ay öncə “Kəpəz” üçün yaradılan “100k” layihəsində isə kifayət qədər fəallıq hiss olunmaqdadır. Satılan 620 pikseldən 9300 manat toplanıb. 6520 piksel hələ də satışdadır.

FİF “100k” ilə yanaşı Tovuzda və Mingçevirdə mövsümlük biletlərin satışına da başlayıb. Tovuzda 500 biletin 255-i satılıb ki, məbləğ 15045 manat təşkil edir.

Mingəçevirdəki durum ürəkaçan deyil. Satışa çıxarılan 100 biletin 70-i sahibini tapıb. “Mingəçevir”in fanatları bunun üçün ümumilikdə 1050 manatından keçib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu