Bazar günü güclü külək olacaq - Gözlənilən hava proqnozu

24 Sentyabr 2022 15:30 Araşdırma 449
Bazar günü güclü külək olacaq - Gözlənilən hava proqnozu

Azərbaycanda sentyabrın 25-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 20-22° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 21-16° isti, dağlarda gecə 4-7° isti, gündüz 8-13° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti