UEFA tələb etdi, Qurban Qurbanov bu saatda...

15 Avqust 20:40 Araşdırma 14 361
UEFA tələb etdi, Qurban Qurbanov bu saatda...

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq “Viktoriya” ölkəmizə səfərə hazırlaşır.

Çexiya təmsilçisi Plzendəki hazırlığını bazar ertəsi başa vurub ertəsi Azərbaycana yollanacaq.

“Qırmızı-göylər”i Bakıya gətirəcək çarter reysli təyyarə avqustun 16-sı günorta saatlarında Heydər Əliyev adına Hava Limanına enəcək.

Qonaqlar məskunlaşmaq üçün paytaxtımızın mərkəzindəki dəbdəbəli “Hilton” otelini seçib.

Çexiyadan Bakıya müəyyən sayda azarkeşin gələcəyi ilə bağlı “Qarabağ”a məlumat verilsə də, konkret say göstərilməyib. Meydan sahibi klub da onlar üçün 28-ci sektoru ayırıb. Həmçinin bir neçə jurnalistin Bakıya səfər edəcəyi də dəqiqdir.

Qonaqların baş məşqçisi oyundan bir gün əvvəl, saat 19.45-də Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlərin önünə çıxacaq. Saat 20.30-da isə “Viktoriya”nın matçöncəsi son məşqi baş tutacaq.

Qurban Qurbanovun mətbuat konfransı isə saat 12.00-a nəzərdə tutulub. Lakin öncəki oyunlardan fərqli olaraq, baş məşqçi qələm əhlinin suallarını “Azərsun Arena”nın yox, məhz Respublika stadionun konfrans zalında cavablandıracaq.

Buna səbəb UEFA-nın tələbədir. Belə ki, pley-off mərhələsindən başlayaraq baş məşqçilərin mətbuat konfransları zamanı Çempionlar Liqasının tərəfdaşlarının reklam lövhələri görüntülərdə əksini tapmalıdır.

Məhz bu səbəbdən Qurbanov günorta saatlarında oyunun keçiriləcəyi stadiona təşrif buyuracaq.

Axşam saat 18:15-də isə “Qarabağ”ın son məşqçi başlayacaq. Lakin məşqin məkanı ilə bağlı məsələdə məcburiyyət yoxdur. Ağdamlılar bu səbəbdən “Azərsun Arena”ya sadiq qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 13:40 Bu imza uğur gətirir!
28 Sentyabr 01:10 Samir Əliyev: "Çətindir"