"Qarabağ"a 1 gün kifayət etdi – Bu qədər satış etmək üçün!

15 Avqust 2022 03:10 Araşdırma 1 669
"Qarabağ"a 1 gün kifayət etdi – Bu qədər satış etmək üçün!

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Viktoriya” (Çex Respublikası) matçına bilet satışı davam edir.

Sportinfo.az xəbər verir ki, ilk gündə 15 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:

- Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

- Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır (11:00-22:00).

Dünən “Qarabağ”- “Viktoriya” matçına bilet almaq istəyən azarkeşlər problemlə üzləşmişdi. Buna səbəb biletin satışını təşkil edən "İticket" saytının çökməsi olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər