"Qarabağ"dan ayrıldı, bu siyahıya düşdü, 9-cu oldu

23 Sentyabr 2021 23:40 Araşdırma 1 761
"Qarabağ"dan ayrıldı, bu siyahıya düşdü, 9-cu oldu

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) təmsilçiləri arasında UEFA-nın klub yarışlarında ən çox oyun keçirmiş futbolçuların siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, həmin oyunçular arasında "Qarabağ"ın sabiq futbolçusu Donald Gerye də var.

Bu ilin fevralıda Ağdam klubunu Kipr "Apollon"nuna dəyişən haitili yarımmüdafiəçi avrokubokublarda ümumilikdə 33 dəfə meydana çıxıb.

32 yaşlı oyunçu bu göstərici ilə 9-cu pillədə qərarlaşıb. İlk sıranı 103 görüş keçirmiş "Beşiktaş"ın kanadalı hücumçusu Atiba Hatçinson tutur.

İkinci yerdə İspaniya "Levante"sinin kosta-rikalı qapıçısı Keylor Navas (69 oyun), 3-cü pillədə isə ABŞ-ın "Los-Anceles Qelaksi" komandasının meksikalı hücumçusu Xavyer Ernandes yer alıb.

Donald Gerye Azərbaycanda "Qarabağ"la yanaşı, "Neftçi"nin də formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti