“Bazel” Bakının dəbdəbəli məkanını seçdi

13 Sentyabr 2021 16:40 Araşdırma 1 732
“Bazel” Bakının dəbdəbəli məkanını seçdi

Sentyabrın 16-da Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Bazel”in səfər planı məlum olub.

İsveçrə nəhəngi oyundan bir gün əvvəl – sentyabrın 15-də, saat 15.40-da paytaxtımıza təşrif buyuracaq.

Təmsilçimizin rəqibi məskunlaşmaq üçün Bakının dəbdəbəli otellərindən sayılan “Hilton”u seçib.

Komandaların oyunöncəsi son məşqinin, eləcə də, baş məşqçilərin mətbuat konfranslarının vaxtı ilə bağlı çərşənbə gününə qədər məlumat veriləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?