Koronavirusun İran ştammı yaranıb?

28 Fevral 2021 09:10 Araşdırma 415
Koronavirusun İran ştammı yaranıb?

İran Məclisinin sədr müavini, Koronavirusla Milli Mübarizə Şurasının üzvü Qazızadə Haşimi paytaxt Tehran yaxınlığındakı Qəzvin əyalətində “COVID-19”un İran ştammının ortaya çıxmasına dair sübutları olduğunu bildirib və bununla bağlı xəbərdarlıq edib.

Bu barədə Sportinfo.az İSNA-ya istinadən xəbər verir.

“Afrika, Britaniya və Kaliforniya mutasiyalarının yanına İran ştammı da əlavə oluna bilər. Əlbəttə, hələlik bu, dəqiq olaraq ortaya qoyulmasa da, Qəzvin əyalətində və çevrəsində yeni ştammın varlığı haqqında sübutlar var”, - o vurğulayıb.

Ölkənin Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzinin sədri Kiyanuş Cahanpur isə ölkədə koronavirusun İran ştammı deyiləcək səviyyədə ciddi bir mutasiyaya rast gəlmədiklərini açıqlayıb:

“Ölkədə pandemiyanın yayılmağa başlamasından bəri 70-dən çox mutasiya aşkarlanıb. Ancaq indiyədək bu mutasiyalar virusun davranışında vacib dəyişikliyə səbəb olmayıb. Bu səbəbdən bunlara yeni ştammlar demək doğru deyil”.

Cahanpur İranda Britaniya, Cənubi Afrika, Braziliya və Kaliforniya ştammlarından yalnız Britaniya mutasiyasının aşkarlandığını qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"