"Turan”ın sayılmayan qolu: Sədr necə don geyindirdi? - VİDEO

01:20 Araşdırma 86
"Turan”ın sayılmayan qolu: Sədr necə don geyindirdi? - VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 2-ci turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, "Qəbələ" - "Şəfa", "Zirə - İmişli", "Turan Tovuz - "Şamaxı" matçları olmaqla ümumilikdə 3 qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.

R.Həsənov "Turan Tovuz - "Şamaxı" matçında mübahisəli qol epizodu ilə bağlı qolun qapı xəttini keçməsini təsdiqləyən qəti və aydın video görüntü olmadığı üçün VAR müdaxiləsinə ehtiyac olmadığını bildirib.

Eyni zamanda meydandakı hakimin ilkin qərarının qüvvədə saxlanılmasının doğru qərar olduğunu qeyd edib. Qeyd edək ki, matçın baş hakimi Rauf Cabarov, VAR hakimi isə Vüqar Həsənli olub.

Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!