“Görsək ki, Qarabağın dirçəlməsi üçün 2,2 milyard çatmır, əlavə edərik”

26 Fevral 2021 19:50 Araşdırma 587
“Görsək ki, Qarabağın dirçəlməsi üçün 2,2 milyard çatmır, əlavə edərik”

“Bu il nəzərdə tutulan proqramda Qarabağın dirçəlməsi üçün 2,2 milyard manat pul nəzərdə tutulub. Onun yarısı bölünüb. Ancaq tam nə qədər vəsait cəlb ediləcəyini hesablamaq hazırda çox çətindir”.

Sportinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, nə qədər vəsaitin xərclənməsi görüləcək işlərə bağlıdır:

“Ancaq bu, bir neçə milyard dollar vəsait tələb edəcək. Bu il üçün müəyyən büdcə ayırdıq. Əgər görsək ki, bu 2,2 milyard vəsait yetmir, əlavə edərik”.

Digər Xəbərlər
Xəbər Lenti